Belarus Ermənistandakı səfiri Aleksandr Konyuku məsləhətləşmələr üçün geri çağırıb. 

"Unikal" xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz açıqlayıb. 

"Biz hamımız görürük ki, Ermənistanda daxili siyasi vəziyyət nə qədər mürəkkəbdir, ölkə daxilində qarşıdurma nə qədər sürətlə qızışır. Fərqli insanlar ağır emosional stressə fərqli müqavimət göstərirlər. Biz bunu başa düşürük, lakin Belarusun bununla nə əlaqəsi olduğunu başa düşmürük" - diplomat qeyd edib. 

***12:43

Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan məsləhətləşmələr üçün İrəvana çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan açıqlayıb. 

Xatırladaq ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenkodan açıqlamalarına görə üzr istəməsini tələb etmişdi. 

Ağarza Elçinoğlu