Miqrantların qəbulu qaydalarına əməl edilməməsinə görə Budapeştə amerikalı milyarder Corc Sorosun idarə etdiyi məhkəmə tərəfindən cərimə kəsilib.
"Unikal" xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban “Radio Kossuth”un efirində deyib.
"Bu qərar Corc Sorosun məhkəməsi tərəfindən qəbul edilib. Məlumdur ki, Brüssel Soros adamları ilə doludur. Bu, Avropa Parlamenti, Avropa Komissiyası və məhkəməyə aiddir", - Orban qeyd edib.
Onun sözlərinə görə, Sorosun hər il bir milyon miqrantı Avropaya gətirmək, lazım gələrsə, bunu maliyyələşdirmək üçün Avropa ölkələrinə kreditlər vermək, qitənin ənənəvi xristian Avropa görkəmini dəyişdirmək və onu qarışıq əhalisi olan qitəyə çevirmək kimi uzunmüddətli planı var.
Xatırladaq ki, Aİ-nin Lüksemburq məhkəməsi cümə axşamı Macarıstanı miqrantların qəbulu ilə bağlı Aİ-nin ümummilli qaydalarının pozulmasına görə əvvəlki məhkəmə qərarlarını yerinə yetirməkdən imtina etdiyi üçün 200 milyon avro cəriməyə məhkum edib.
Ağarza Elçinoğlu