İslam dinin ən gözəl bayramlarından biri də müqəddəs Qurban Bayramıdır. Birlik və bərabərliyi özündə ehtiva edən bu bayram insanları sahib olduqları nemətləri bölüşməyi təşviq edir.

"Unikal" xəbər verir ki, “Azərsun Holdinq” bu dəfə də ənənəsinə sadiq qalaraq müqəddəs bayram münasibətilə Bakı və ətraf rayonlarda yaşayan minlərlə aztəminatlı ailələrə, şəhid və qazi ailələrinə bayram sovqatı hədiyyə edib.

Məhsullarını dünyanın 40-dan çox ölkəsinə ixrac edən “Azərsun Holdinq” hər bayram olduğunu kimi Qurban bayramında da insanları sevindirib.