Xəbər verildiyi kimi, Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində çayda batdıqları ehtimal olunan digər iki nəfərin axtarışları davam edir.

Bu barədə “Unikal”a FHN-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda batdığı ehtimal şəxslərin axtarışları FHN-nin Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri tərəfindən intensiv şəkildə həyata keçirilir.

Xatırladaq ki, “VAZ-2107” markalı avtomobilin Kür çayına aşması nəticəsində 1992-ci il təvəllüdlü Turqut İbrahimov, 1989-cu il təvəllüdlü Tural Quliyev, 1991-ci il təvəllüdlü Vüqar Cəfərov və 1988-ci il təvəllüdlü Elxan Sadıqov batıb. Onlardan yalnız T.İbrahimov çaydan çıxa bilib. Bir nəfərin isə meyiti tapılaraq, aidiyyəti üzrə təhvil verilib.