Seymur Orucov qurbanlıq heyvanların satıldığı yerləri gəzdi. 

“Unikal” xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Qurban Bayramı günlərində rayonda heyvanların satışı və kəsimi məntəqəsində, eləcə də Mərkəzi bazarda mövcud şəraitlə tanış olub.

Qeyd edək ki, 16-17 iyun tarixlərində Qurban bayramı günlərində ölkəmizin hər yerində, o cümlədən Ağstafa rayonunda qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunur. Məntəqə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunur.