Almaniyanın Hamburq şəhərində naməlum şəxs polis əməkdaşlarına hücum edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Avro 2024-də Polşa-Hollandiya futbol matçından əvvəl holland azarkeşlərin yürüşü zamanı baş verib.

Belə ki, polisə hücum edən şəxsin bel çantasında “Molotov kokteyli” tapılıb. Təhlükəsizlik qüvvələri atəş açıb. Hücum edən şəxs qısa zamanda zərərsizləşdirilib.