Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi sülh planının sağlam düşüncəyə zidd olduğu iddia edilir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan İsveçrədə Ukrayna üzrə keçirilən konfransda deyib.
"Heç bir məsul ölkə deyə bilməz ki, bu, sülh üçün ağlabatan əsasdır. Bu, BMT Nizamnaməsinə ziddir, əsas əxlaqa ziddir, əsas sağlam düşüncəyə ziddir", - deyə o, ifadə edib.
Xatırladaq ki, iyunun 14-də Rusiya Xarici İşlər Nazirliyində çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib ki, o, aşağıdakı sülh planını təklif edir - Kiyev öz qoşunlarını Xerson, Zaporojye bölgələrindən, o cümlədən, Luqansk Xalq Respublikası (LXR), Donetsk Xalq Respublikası (DXR) ərazisindən çıxarmalıdır. Həmçinin, onun sözlərinə görə, Ukrayna NATO-ya daxil olmamalıdır. Rusiya lideri qeyd edib ki, Kiyev bu şərtlərlə razılaşdıqdan sonra hərbi əməliyyatlar dərhal dayandırılacaq və sülh danışıqları başlayacaq.
Ukrayna prezidenti Vladimir Zelenski Putinin sülh danışıqlarının başlaması ilə bağlı şərtlərini “etibar edilə bilməyən ultimatum” adlandırıb.
Gülayə Mecid