Ukrayna prezidenti Volodimir Zelenski ölkədəki vəziyyətlə bağlı ikinci “sülh sammiti”nin keçiriləcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, o, bu barədə "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, tədbirə ev sahibliyi etmək arzusunu bildirən dövlətlər olub. İndi Kiyev onlarla danışıqlara başlayıb.
Əlavə edək ki, ilk sammit iyunun 16-da İsveçrədə başa çatıb. Onun əsas nəticəsi konfransda iştirak edən 91 ölkədən 80-nin imzaladığı qətnamə oldu.