Rusiya paytaxtı Moskvada kütləvi şəkildə botulizm infeksiyasına yoluxma hadisəsi qeydə alınıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yemək çatdırılması xidmətinin məhsullarından zəhərlənmə ilə bağlı 121 nəfər təcili tibbi yardıma müraciət edib.
Moskva merinin müavini Anastasiya Rakova 55 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb. O bildirib ki, infeksiyaya yoluxanlardan 30-u reanimasiyadadır.