"Sərhədlərin delimitasiyasının növbəti mərhələsi Sünik tərəfdən başlaya bilər. Hazırda tərəflər reqlament üzərində işləyirlər. Sənəd təsdiq olunduqdan sonra qərar qəbul olunacaq".
"Unikal" xəbər verir ki, bu barədə mətbuata açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Dünəndən Sünik rayonundayam, həm sərhədyanı, həm də qeyri-sərhəd yaşayış məntəqələrində onlarca görüş keçirmişəm. Göründüyü kimi, sülh gündəmi real Ermənistanın gündəmidir və bu xalqımıza aydındır. Bu çox vacibdir. Bu, o deməkdir ki, biz nə etdiyimizi və nə üçün etdiyimizi xalqımıza çatdıra bilmişik”, - deyə Paşinyan vurğulayıb.