Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı azı 600 misirli zəvvar dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) ərəb ölkələrindən birinin diplomatına istinadən məlumat yayıb.
“Ölümlər isti səbəbindən baş verib”, - deyə agentliyin mənbəsi bildirib.
AFP daha əvvəl Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı istilər səbəbindən 550 zəvvarın, o cümlədən 323 misirlinin öldüyünü bildirmişdi. Zəvvarların ölümünə çox vaxt isti hava və ya əzilmək səbəb olur. Bu il Həcc dövründə Məkkədə temperatur 52 dərəcəyə çatır.
*** 09:32
Səudiyyə Ərəbistanına Həcc ziyarəti zamanı həyatını itirən zəvvarların sayı 577-yə çatıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, ölənlərin 323-ü misirli, 60-ı iordaniyalıdır.
Bu il isə 23 Türkiyə vətəndaşı müqəddəs torpaqlarda həcc ziyarətini yerinə yetirərkən dünyasını dəyişib.