Rusiya prezidenti Vladimir Putin KXDR-dən sonra birbaşa Vyetnama rəsmi səfər edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Hanoyda Rusiya liderinin Vyetnam rəhbərliyinin hər dörd nümayəndəsi ilə danışıqlar aparacağı gözlənilir . Söhbət dövlət başçısından, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibindən, həmçinin hökumətin və Milli Assambleyanın sədrlərindən gedir.

Bundan sonra Putinin Sovet və Rusiya ali təhsil müəssisələrinin məzunları ilə görüşü nəzərdə tutulub. Sonra o, Vyetnam Prezidentinin təşkil etdiyi qala-qəbulda iştirak edəcək.

Ağarza Elçinoğlu