Mingəçevirdə yataqxanada dava düşüb, yaralananlar var.

"Unikal"ın məlumatına görə, hadisə şəhər mərkəzindəki yataqxanalardan birində baş verib. Dava zamanı biri qadın olmaqla iki nəfər müxtəlif dərəcəli bədən  xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki Regional Qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Ehtiram Muradov