Gürcüstanın Avropa İttifaqına üzvlüyü prosesi praktiki olaraq dondurulub.

"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Qerçinski bildiirb. 

O, bu prosesi məyusedici adlandırıb. 

Onun sözlərinə görə, Gürcüstanda "xarici agentlər" haqqında qanun qəbul edildikdən sonra cavab tədbirləri mövzusu gələn həftə Lüksemburqda Aİ xarici işlər nazirləri səviyyəsində müzakirə olunacaq: "Hazırda Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər çox çətin dövrdədir, biz dəfələrlə təkrar etmişik ki, "Xarici təsirin şəffaflığı haqqında" qanun Gürcüstanın Avropaya inteqrasiya istəklərinə mənfi təsir göstərəcək. Təəssüf ki, belə oldu".

Ağarza Elçinoğlu