"Ukraynanın gələcəyi NATO-dadır".
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
"Ukraynanın gələcəyi NATO-dadır. O, NATO-ya üzv olacaq. Biz bunu açıq şəkildə bildirdik", - deyə o, mətbuat konfransında qeyd edib.
Miller bunun nə vaxt baş verə biləcəyini açıqlamayıb.
Pentaqonun rəhbəri Lloyd Ostin isə iyunun 14-də bildirib ki, NATO-nun yaxın gələcəkdə genişlənmək arzusu yoxdur.