Tovuzda 5 avtomobillin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Tovuz şəhərin mərkəzi bazarın qarşısında qeydə alınıb. Belə ki, hərəkətdə olan minik avtomobilinin sürücüsü, Aşağı Öysuzlu kənd sakini, 1956-cı il təvəllüdlü Cəfərov Nikolay Nuru oğlu sükan arxasında ürəyi tutub. Bu zamanı sürücü avtomobilini 4 minik maşınına çırpıb.

Hadisə nəticəsində infarkt keçirən sürücü sükan arxasında düyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov