Rusiya prezidenti Vladimir Putinin KXDR-ə dövlət səfəri Rusiyanın öz tərəfdaşları ilə əlaqələrini sürətlə gücləndirməyə başladığına dair ABŞ-yə birbaşa siqnal olub.
"Unikal" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Putinin Şimali Koreyaya səfəri ABŞ-yə birbaşa mesaj idi.
"Moskva ümumi baxışlara malik olduğu ölkələrlə, ilk növbədə ABŞ-nin özü ilə fəal münasibətlər qurmağa başlayıb", - Peskov qeyd edib.
Gülayə Mecid