"Mənim üçün demokratiya hüquq, öhdəlik və təhlükəsizlikdir. Konstitusiyaya görə Ermənistan demokratik ölkədir. Deyirlər ki, Ermənistan de-yure demokratik ölkədir, bəs de-fakto? Demokratik ölkə deyil!"

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Avropa Partiyasının üzvü, deputat Ovannes Azoyan Aİ-yə üzvlüklə bağlı çıxışında deyib. 

Onun sözlərinə görə, bu, cəmiyyətdə məyusluq, ümidsizlik və dərin depressiyaya səbəb olur: "Əhəmiyyətli bir sual ondan ibarətdir ki, əgər bu, nə diktatura, nə də demokratiyadırsa, deməli demaqogiyadır. Demaqogiya Ermənistanın 30 və daha çox ildir ki, diktaturanın qurduğu tələdir". 

Ağarza Elçinoğlu