Belarus prezidenti Aleksandr Lukaşenko fermerlərlə görüşü zamanı maraqlı yuxu etirafı ilə yadda qalıb. 

"Unikal" Belarus KİV-nə isitnadən xəbər verir ki, Lukaşenko gecələr yuxusunda inək sağdığını gördüyünü deyib. 

“Gecələr vaxtilə birlikdə işlədiyim insanları yuxumda görürəm. İnəkləri də yuxuda görürəm, gecələr onları sağıram. Dəhşət!" - deyə Lukaşenko bildirib. 

belarus lideri, həmçinin qeyd edib ki, prezidentlik “tam cəfəngiyatdır”. Onun fikrincə, ən yaxşı iş kənd təsərrüfatı işidir, çünki bu işdə canlı insanlar, mal-qara, bitkilər iştirak edir, həm də illik nəticələri var.