Mingəçevirdə velosipedçinin ehtiyatsızlığı qəzaya səbəb olub.

"Unikal"ın məlumatına görə hadisə Heydər Əliyev prospekti ilə M.Maqomayev küçələrinin kəsişməsində baş verib.

Hərəkətdə olan mikroavtobusun önünə qəfil çıxan velosipedçi qəzaya səbəb olub.

Maşın velosipedçini -   Yevlax rayon sakini, 1984-cü il təvəllüdlü Quliyev Xalis Zülfüqar oğlunu vurub. Yaralı təcili xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov