Abxaziya ilə Rusiya sərhədində atışma olub, ölən var.
"Unikal" xəbər verir ki, sərhəddə Psou çayı boyunca atışma baş verib, 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Hazırda hadisənin baş vermə şəraiti aydınlaşdırılır.
Atışmanın səbəbi kimi biznes maraqları göstərilir. Hadisə şahidlərinin sözlərinə görə, iş adamı Aslan Kamliyanın həyatına sui-qəsd olub, lakin təsadüfən orada olan bir nəfər həlak olub. Məlumat rəsmi təsdiqini tapmayıb.