Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin direktoru Bahar Zənnum qızı Kərimovaya vəzifə saxtakarlığı etdiyi üçün cinayət işi başlanıb.

“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi başlanan Bahar Kərimova və Məmmədov Elman Gülabas oğlu təqsirləndirilən şəxs qismində tanınıblar. Cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinin hakimi İlham Kərimlinin icraatına verilib. 

Qeyd edək ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi Nizami rayonunun ərazisində yerləşir. Bahar Kərimova 2022-ci ildən Binəqədi rayonunda yerləşən 178 saylı körpələr evi-uşaq bağçasının müdiri işləyir.

Seymur Əli