Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın guya Rusiya Qarabağı Azərbaycana “təslim edib” deməsi açıq-aşkar yalandır.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin açıqlayıb.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyana Qarabağ lazım deyildi: "O, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasını çətin vəziyyətə salıb. Görünür, onun Qərblə yeni dostluğunun şərti bu idi, axı Qarabağda Rusiya sülhməramlıları Qərbə lazım deyil. Yeri gəlmişkən, Ermənistanın KTMT-yə üzvlüyü və ya Rusiyanın Gümrüdəki hərbi bazası kimi. Hər şeyə görə, bunlar növbəti suallardır və bunu heç bir şəkildə cənab Paşinyan tərəfdarları və onun özü gizlətmir".
Ağarza Elçinoğlu