Forbes jurnalı 2023-cü ildə Rusiyanın ən zəngin 50 adamının illik reytinqini dərc edib.
"Unikal" xəbər verir ki, siyahıya "Lukoyl"un əsas səhmdarı olan Vahid Ələkbərov rəhbərlik edib. Onun dividend gəliri 177,4 milyard rubl dəyərində qiymətləndirilir.
Reytinqdə ikinci yerdə "Novatek" qaz şirkətinin səhmdarı Leonid Mixelson qərarlaşıb, onun dividend gəliri dövri nəşrin hesablamalarına görə 105 milyard rubl təşkil edib. Üçlüyü kimya istehsalçısı "Sibur Holding"in səhmdarı Gennadi Timçenko tamamlayır. Dünya Xokkey Liqasının Direktorlar Şurası sədrinin dividend gəliri 84,6 milyard rubl olaraq qiymətləndirilir.
Ağarza Elçinoğlu