İrəvan Ukraynada hərbi əməliyyatlara qarşıdır.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
O, qeyd edib ki, Ermənistan hökuməti Ukraynadakı müharibəni dərhal dayandırmağa çağırır: "Müharibə həmişə dəhşətlidir, biz qəti şəkildə müharibənin əleyhinəyik, eyni zamanda biz təkcə sülh və sabitliyi deyil, həm də ölkələrin ərazi bütövlüyünü dəstəkləyirik".
Ağarza Elçinoğlu