Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva vəfat edib.
"Unikal" "Axşam.az"a istinadən xəbər verir ki, o, bu gün dünyasını dəyişib.
Məlumatı aktyorun oğlu Rövşən təsdiqləyib. O bildirib ki, anası bu gün günorta dəfn edilib: "Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda, qardaşım Fəridin yanında dəfn etdik".
Qeyd edək ki, Gülzar Quliyeva qaraciyər xərçəngindən əziyyət çəkirdi.