Birinci Qarabağ müharibəsində itkin düşmüş, 32 il sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Zeynalov Ucar Fidail oğlunun  qalıqları  Göygöldə dəfn olunub.Şəhid Ucar Zeynalovun qalıqları bu gün Göygöl rayonun Pənahıllar kəndində ailəsinə təhvil verilib.

"Unikal" xəbər verir ki, şəhidlə yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra şəhidin qalıqları kənd qəbirstanlığında  torpağa tapşırılıb. Dəfn mərasimində Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştrak edib.

Qeyd edək ki, Zeynalov Ucar Fidail oğlu I Qarabağ müharibəsində 19 iyul 1992-ci il tarixdə Ağdərə rayonunun Aterk kəndində gedən döyüşlərdə həlak olmuş və itkin düşüb. Ucar Zeynalovun meyiti tanınmadığı üçün Bakı şəhərində I Şəhidlər Xiyabanında dəfn edilib. 2024-cü ilin əvvəlində şəhidin meyiti DNK edilərək aşkar olunub.

Göygöl Rayon  İcra Hakimiyyəti başcısının 26 mart 1997-ci il tarixli 65 saylı Sərəncamı ilə şəhid statusu verilib. Subay idi.Şəhid  Zeynalov Ucar Fidail oğlu 07 mart 1973-cü ildə Göygöl rayonunun Pənahlılar kəndində anadan olub. 1980-ci ildə Göygöl rayon Pənahlılar kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilib. 1990-cı ildə həmin məktəbin 10-cu sinfini bitirib Göygöl Peşə Məktəbinə daxil olub. 1992-ci ildə Peşə Pəktəbini bitirmişdir.1992-ci ildə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.

Tural Əhmədov