Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının Türkan qəsəbəsində yerləşən 17 saylı poliklinikada yeni ərazi partiya təşkilatı təsis edilib.

"Unikal" xəbər verir ki, təsis konfransında çıxış edən poliklinikanın direktor müavini Mətanət Əliyeva, YAP Xəzər rayon təşkilatının məsləhətçisi Siyasət Həsənov Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası kimi Azərbaycan dövlətinin və xalqının həyatında mühüm əhəmiyyətli rol oynadığını bildirib, partiyanın ötən dövr ərzində keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan bəhs ediblər.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-humanitar sahələrinin inkişafında partiyanın qarşısına qoyduğu vəzifələr Heydər Əliyev yoluna sadiqlik ilə layiqincə yerinə yetirilib.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Pərvanə Kazımova ərazi partiya təşkilatının sədri, Mələk Rzayeva isə sədr müavini seçiliblər.