ABŞ-nin Qərbi Virciniya ştatında ağdərili bir cütlük övladlığa götürdüyü beş qaradərili uşağı pis şəraitə saxlamaqda və onlardan "qul" kimi istifadə etməkdə günahlandırılıb.
"Unikal" xəbər verir ki, məhkəmə evsiz və qorunmasız gənclər üçün olan sığınacaqdan övladlığa götürdükləri 6-16 yaş arası 5 uşağı tövlədə qıfıllı saxlayaraq onlardan qul kimi istifadə edən 62 yaşlı Cenni Vaytfider və 63 yaşlı Donald Lantza qarşı ittiham aktını elan edib.
Cütlük "insan alveri", "uşaq baxımsızlığı", "köləlik" və "məcburi əmək" kimi bir çox cinayətlərdə ittiham olunub.
İttihama görə, qonşular da uşaqların məcburi əməyə cəlb edildiklərini və evə buraxılmadığını iddia ediblər.
Zərifə Nağıyeva