ABŞ-nin Yuta ştatında bir neçə uşağı gəzinti zamanı ildırım vurub.

"Unikal" xəbər verir ki, tufan başlayanda əlli uşaqdan ibarət qrup gəzintiyə çıxıb.

Bu zaman onların yaxınlığında ildırım çaxıb, bundan sonra bir neçə azyaşlı özünü pis hiss edib. 7 nəfər təcili yardım briqadaları tərəfindən Salina şəhərinin tibb müəssisələrində xəstəxanaya yerləşdirilib.

İki uşağın vəziyyəti ağırdır.