Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rusiyada ölüm hökmünə qoyulmuş moratoriumun aradan qaldırılması imkanının nəzərdən keçirilməsini təklif edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, o, bu barədə Sankt-Peterburqda keçirilən forumun plenar sessiyasında məlumat verib.
“Biz ölüm hökmünə qoyulan moratoriumun ləğvi imkanlarını nəzərdən keçirməliyik. Bəzi hallarda ondan istifadə etmək lazımdır və bu hallarda mən ölüm hökmünün tərəfdarıyam”, - deyə Bastrıkin bildirib.
İstintaq Komitəsinin rəhbəri misal kimi “Krokus Siti Holl”da baş vermiş terror aktını göstərib.