İzmirdə yaşayış binasının zirzəmisində çörək sexində baş vermiş partlayışda ölənlərin sayı 5, yaralananların sayı 63 nəfərə çatıb. 

"Unikal" xəbər verir ki, partlayış nəticəsində yaxınlıqdakı 10 binaya ziyan dəyib. 

Faktla bağlı cinayət işi açılıb. 

*** 17:05

İzmirin Torbalı rayonunda yaşayış binalarının birində qaz partlayıb. 

"Unikal" Türkiyə mediasına isitnadən xəbər verir ki, ilkin məlumata əsasən, partlayış nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb.

Əraziyə çoxlu sayda tibb, polis və yanğınsöndürmə briqadası göndərilib. 

Ətrafdakı bir çox binaya da ziyan dəyib.