“Crocus Group” şirkəti Krasnoqorskda terror aktından sonra yanan “Crocus City Hall” konsert zalının fasadını bərpa etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə TASS-a şirkətin mətbuat xidməti məlumat verib.
“Crocus City Hall-un yerləşdiyi binanın sahəsi 400 min kvadratmetrdir. Onun 10 min kvadatmetri yanıb. Onun yaxınlığında hər gün yüzlərlə insanın gəldiyi obyektlər var. Buna görə də dağılmış tikililərin ziyarətçilər və işçilər üçün təhlükə yaratmaması üçün binanı bərpa etmək çox vacibdir”, - deyə qeyd edilib.
Əlavə olunub ki, terror aktı baş verən yerdə həlak olanların xatirəsinə abidənin yaradılması və ya binanın digər strukturlarının bərpası ilə bağlı hələlik yekun qərar yoxdur.