Norveçdə keçirilən LGBTİ festivalına qatılan ölkənin Mədəniyyət və Bərabərlik üzrə Dövlət Naziri Lubna Jaffery qatıldığı tədbirdə etdiyi hərəkətlə beynəlxalq ictimaiyyətin gündəminə düşüb.
"Unikal" xəbər verir ki, "Oslo Qürur Günləri" çərçivəsində təşkil edilən tədbirə qatılan 44 yaşlı Jaffery "2024-cü ilin Gey Anası" mükafatını qazanıb. Bildirilib ki, Jaffery bu mükafatı LGBTİ hüquqlarını müdafiə etdiyinə görə alıb.
Mükafat verildikdən sonra çıxış edən Jaffery, "Bu il Oslo Qürur Günündə bu mükafata layiq görüldüyüm üçün çox xoşbəxtəm. Bu böyük bir şərəfdir", deyib və köynəyini yuxarı qaldırıb.
Jaffery sinəsini açaraq çıxışına davam edib və "Hər kəsin özünü azad hiss etməsi vacibdir. Əgər belə bir şərəfə layiq olmaq istəyirsənsə, bütün ruhunu buna həsr etməli və özünü ciddiyə almamalısan" deyib.
Bunun fonunda naziri qınayanlar da olub. Bəzi sosial media istifadəçiləri Jafferyinin bu hərəkətini "mədəniyyətsizlik" kimi qiymətləndirib.