11 aylıq körpə xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə, Qax rayon rayon Qazmalar kənd sakini 2023-cü il təvəllüdlü Nəzərli Ahu Rahim qızı yüksək hərarətlə Qax rayon mərkəzi xəstəxanasına daxil olub. Xəstəxanada körpəyə lazımi tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Həkimlərin sözlərinə görə, körpədə ağciyər və ürək catışmazlığı olub.

Seymur Əli