Mingəçevirdə yol qəzası olub, yaralanan var.

"Unikal"ın məlumatına görə, hadisə Səməd Vurğun meydanında olub.

Biri "Mercedes" markalı olmaqla iki minik avtomobilinin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 1975-ci il təvəllüdlü Yusibov Məhəmməd Əhəd oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov