Bakıda aeroport yolunda ağır yol qəzası baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, qəza bu gün axşam saatlarında aeroport şosesində qeydə alınıb.

Yol qəzası zamanı 6 avtomobil toqquşub.

İlkin məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Avtomobillərə ciddi ziyan dəyib. Yolda isə uzun tıxac yaranıb.