Türkiyənin Kayseri vilayətində Suriya vətəndaşının 5 yaşlı uşağa təcavüz etməsindən sonra, bir çox vilayətdə etirazlar başlayıb. 

"Unikal" xəbər verir ki, artıq Kayseri şəhərində internet kəsilib. İnsanlar VPN-siz internetə girə bilmir. Bundan başqa Konya, İstanbul, Kilis, Qaziantep və digər şəhərlərdə də iğtişaşlar davam edir. Polis mitinqi dağıtmaq üçün havaya atəş açıb. 

Suriyada Türkiyə bayraqlarına və hərbi bazalarına qarşı təxribatlar davam edir. Bayrağı endirib yandırmağa çalışan təxribatçı vurulub.

 Ağarza Elçinoğlu