Türkiyə Xarici İşlər Nazirliyi Kayseri hadisələrindən sonra Suriyada baş verən təxribatlarla bağlı bəyanat yayıb.
"Unikal" xəbər verir ki, XİN-in yaydığı bəyanatda "Türkiyənin Suriya xalqının rifahı üçün göstərdiyi səylər və prinsipial mövqeyi hər hansı təxribatdan üstündür. Türkiyənin qanuni tədbir gördüyü bir cinayətin ardınca Kayseridə baş verən kədərli hadisələri sərhədlərimizdən kənarda təxribatlara əsas kimi istifadə etmək düzgün deyil", - ifadələri əks olunub.
Bunun fonunda, Suriyada baş vermiş təxribat hadisələrindən sonra Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyadakı vəziyyəti nəzarətə almaq üçün sərhədi keçdiyi bildirilir.
Xatırladaq ki, ötən gün Suriyanın şimalında bir qrup şəxs Türkiyənin bayraqlarını yandırıb, Türkiyə maşınlarını atəşə tutub.
Gülayə Mecid