43 yaşlı İrəvan şəhər sakininin açıq-aşkar casusluqla məşğul olması, dövlət sirrini təşkil edən məlumatları və düşmənçilik fəaliyyəti ilə bağlı xarici xüsusi xidmət orqanlarının nümayəndəsinə digər yardım göstərməklə dövlətə xəyanət etməklə bağlı 2024-cü il iyunun 26-da başlanmış cinayət işi üzrə ibtidai istintaq zamanı faktiki məlumatlar daxil olub.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Dövlət əleyhinə, konstitusiya quruluşunun əsaslarına və ictimai təhlükəsizliyə qarşı cinayətlərin istintaqı baş idarəsi məlumat yayıb.
Qeyd olunub ki, xüsusən MTN əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri, habelə proseduru həyata keçirən orqan tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, adıçəkilən şəxs müqaviləli hərbi qulluqçu serjantdır.
Yanvar ayından etibarən o, Azərbaycan xüsusi xidmət orqanlarının nümayəndəsi ilə sosial şəbəkədə əlaqə saxlayıb. Geniş söhbət nəticəsində Ermənistan Silahlı Qüvvələrinin adıçəkilən müqaviləli hərbi qulluqçusu ilə yaxın münasibət qurulubb və onu xidmətə götürüb.
Bundan sonra hərbçi bölməsinin mühafizəsində olan döyüş mövqeyinin silahlarına, silahların sayı və növünə, onların yerləşdiyi yerə dair dövlət, xidməti sirr, habelə hərbi səhra məlumatları, döyüş mövqeləri, komanda heyətinin şəxsi məlumatları, döyüş mövqelərinin bir sıra sənədləri və s. digər məlumatları təşkil edən məlumatları toplayaraq təhvil verib: "Həmin hərəkətlər Ermənistan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və xarici təhlükəsizliyinə zərər vurub. MTN və RPŞ əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əldə edilmiş faktlar əsasında 43 yaşlı kişi barəsində Cinayət Məcəlləsinin 418-ci maddəsinin 1-ci hissəsi ilə cinayət təqibinin başlanması üçün nəzarət edən prokurora vəsatət verilib. Məhkəməyə təqdim olunmaq üçün azadlıqda olan təqsirləndirilən şəxsin tutulması barədə proseduru həyata keçirən orqan tərəfindən qərar qəbul edilib, icrası Milli Təhlükəsizlik Xidmətinin müvafiq şöbəsinə həvalə edilib. Hərbçi iyulun 2-də həbs edilib və günahını etiraf edib. Ona ittiham irəli sürülüb. 43 yaşlı şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət verilib və o, təmin edilib. İstintaq davam edir".
Gülayə Mecid