İndoneziyada meşədə gəzən qadın 30 metrlik pitonun qurbanı olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı Siriati adlı qadın piton tərəfindən amansızcasına öldürülüb.
Hadisənin şahidi olan kişi həyat yoldaşını xilas etməyə çalışıb. O, pitonu öldürüb, lakin yoldaşını xilas edə bilməyib. Siriatinin meyiti kənd sakinləri tərəfindən pitonun qarnından çıxarılıb.
Qeyd edək ki, oxşar hadisə keçən ay da baş vermişdi, başqa bir qadın piton tərəfindən udulmuşdu. İndoneziyanın ilanlar üçün əlverişli təbiəti belə hadisələrin tez-tez baş verməsinə səbəb olur.
Zərifə Nağıyeva