Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə hərbi münaqişədə qələbə qazandıqdan sonra siyasətdən gedəcək.
"Unikal" xəbər verir ki, bu barədə RBC Ukrayna dövlət başçısının ofisindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin həmsöhbəti Zelenskinin Ukraynada keçiriləcək növbəti prezident seçkilərində mümkün iştirakını şərh edib. Onun sözlərinə görə, siyasətçi Rusiya ilə silahlı qarşıdurmada qalib gəldikdən sonra siyasətdən getmək arzusundadır.
Qeyd olunur ki, hazırkı vəziyyətdə Kiyevin mütləq qələbəsi qlobal miqyasda gözlənilməz hadisə olmadan mümkün deyil.
"Və bu, istənilən siyasi hesablamalar üçün çox sarsıntılı bir təməldir", - deyə müəlliflər vurğulayırlar.
Gülayə Mecid