Avstraliyanın şimalında timsah çayda üzən 12 yaşlı qıza hücum edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisədən 36 saatdan sonra xilasedicilər onun qalıqlarını çay yatağında tapa biliblər.
Məlumata görə, uşaq orada ailəsi ilə birlikdə istirahət edirmiş.
Polis sözçüsü Erika Gibson bildirib ki, uşağın valideynləri hələ də şokdadırlar və baş verənlərə inana bilmirlər.
Avstraliyanın bu bölgəsi, ekspertlərin qeyd etdiyi kimi, şirin su timsahlarının evidir - onlar adətən insanlara yalnız təhlükə hiss etdikdə hücum edirlər. Avstraliya hökumətinin məlumatına görə, ölkənin şimalında 100 mindən çox timsah yaşayır.