İranda baş tutan prezident seçkilərinin nəticələri ABŞ-nin bu ölkə ilə bağlı siyasətinə təsir etməyəcək.
"Unikal" xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti “TASS”-ın sorğusuna cavab olaraq bildirib.
“Seçkilərin İrana yanaşmamıza ciddi təsiri olmayacaq. Vaşinqtonun Tehranla bağlı narahatlığı dəyişməz olaraq qalır”, - Dövlət Departamentinin nümayəndəsi agentliyə bildirib.