Salvador prezidenti Nayib Bukele ölkəni bərpa etmək üçün minlərlə məhkum edilmiş cinayətkarı işə cəlb etmək niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Salvador liderinin sözlərinə görə, təhlükəli olmayan minlərlə məhbus təlim keçəcək və ictimai işlərə cəlb olunacaq. Bukele hesab edir ki, bu yolla onlar cəmiyyətə dəyən zərərin bir hissəsini kompensasiya edə biləcəklər.
Salvador prezidenti bu işlərə əraziləri təmizləmək, sosial obyektləri təmir etmək və rəngləmək, toxuculuq fabriklərində, eləcə də kənd təsərrüfatı sektorunda işlərlə məşğul olmağı nümunə göstərib.