Rusiya Prezidenti Vladimri Putinin Novo-Oqaryovodakı iqamətgahında Hindistanın baş naziri Narendra Modi ilə görüşü olub. 

"Unikal" xəbər verir ki, qeyri-rəsmi formatda keçən görüş zamanı Modini çay süfrəsinə qonaq edən Putin hindistanlı liderə at şousunu da nümayiş etdirib. 

Çay içdikdən sonra Putin və Modi elektrik avtomobilinə miniblər və onlar iqamətgahın həyətini gəziblər. 

*** 20:57

Rusiya Prezidenti Vladimir Putinin Hindistanın baş naziri Narendra Modi ilə görüşü başlayıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, görüşdə Rusiya-Hindistan münasibətlərinin gələcək inkişaf perspektivləri, həmçinin beynəlxalq və regional gündəlikdəki aktual məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Modi iyulun 8-9-da Rusiyada rəsmi səfərdə olacaq.