Ukraynanın paytaxtı Kiyevdə iyulun 9-u matəm elan olunub.
"Unikal" xəbər verir ki, bu barədə şəhərin meri Vitali Kliçko bildirib.
Xatırladaq ki, bu gün günorta saatlarında Kiyevə - Solomenski, Dneprovski, Darnitski, Desnyanski, Şevçenkovski və Qoloseyevski rayonlarına raket hücumları olub.
Nəticədə azı 20 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb.