Əlcəzairdə Liviya sərhədinə yaxın səhra bölgəsində itən 14 nəfərin meyiti tapılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Belkubur bölgəsində tapılan yaşları 10-57 arası olan 14 nəfərin meyiti İlizi vilayətinin Burc Ömer İdris bölgəsində aidiyyatı üzrə təhvil verilib.
Suriyanın Əlcəzair səfirliyindən verilən açıqlamada səhrada meyiti tapılan 12 nəfərin suriyalı olduğu təsdiqlənib.
Məsələ ilə bağlı Əlcəzair rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.
Hadisəyə səbəbin səhra bölgələrindəki temperaturun son həftələrdə 50 dərəcəyə çatması olub. Həmçinin, Əlcəzairin cənub əyalətləri qeyri-qanuni yollarla Afrikadan Avropaya keçməyə çalışan marşrutlardan biri kimi tanınır.
Zərifə Nağıyeva