Şəmkirdə 2 yaşlı oğlanı maşın vuraraq öldürüb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Daşbulaq kəndində baş verib.
Yolu keçən 2022-ci il təvəllüdlü Ümid Vəliyevi avtomobil vurub.
Azyaşlı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki Ü.Vəliyevi vuran avtomobilin sürücüsü qonşuları olub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov