Keniyada qızıl mədənində çökmə olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin qərbində Tanzaniya ilə sərhəddə yerləşən Miqori bölgəsindəki qızıl mədənində baş verib.
Çökmə nəticəsində yerin altında qalan 5 işçi həyatını itirib. Çökmə zamanı 18 nəfərin olduğu mədəndə 13 nəfər sağ qalıb, yaralılar xəstəxanaya yerləşdirilib.
Hökumət qəza ilə bağlı araşdırmaların başladığını açıqlayıb.
Zərifə Nağıyeva